Şuşada dalğalanan Bayrağın günü - Klip

   Şuşada dalğalanan Bayrağın günü -    Klip
  09 Noyabr 2021    Oxunub:2307
Strateji Kommunikasiyalar Mərkəzi 9 noyabr – Bayraq Gününə həsr olunmuş klip hazırlayıb. Klipdə diqqət şanlı Azərbaycan Bayrağının artıq Şuşada dalğalandığına yönəldilir.
Videonun məzmunundan aydın olur ki, Bayrağımızı Şuşada yüksəldən hansı qüvvədir – Cəngavər babalarımızın ruhu, həmin ruhu daşıyan Lider və qartal ruhlu xalqın böyüklüyü. Video-çarxda Azərbaycanın rəmzi olan Qartal ilə Ali Baş Komandan assosiasiya olunur. Və mesaj verilir ki, bu üçünün birliyi hələ çox tarixi uğurlara imza atacaq!


Mahnının sözləri:

Bir sabah qanadını göylərə açdı
Eşidib türkün naləsin
Ruhumuzun kəbəsin

Bir payız bu səmadan qartalım uçdu
Torpağıma göz dəyməsin
Çirkli əllər dəyməsin

40 gün 40 gecə
Döndü bir gücə
Həzm edə bilmədi düşmən əzmi
Danışdıq olmadı, döyüşlə əzdik

40 gün 40 gecə
Yol uzun həm incə
Bu yol zəfər yolu, tək hüzurdu
İrəvan, Göyçə Zəngəzurdu

Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla

30 ildi deyilirdi səbr et, səbr etdik
Çatdı məqam dedik əmr et, məhv etdik
O qayalarda hələ də cəsarətin izi qalıb
Düşmən o qədər baş əydi ki, yerdə dizi qalıb

Bitdi artıq göz yaşı, bitdi çadır, hüzün
Tanrı öz sahibiyçün yaradıb Cıdır düzün
Qartal bir baxışıyla, həqiqəti gördü
Topxana meşəsi ətrafında ədaləti hördü

Bizim yaddaş igidliyimiz qədər sərhədsiz
Bəsdi 10illiklərlə yad ellərdə yel tək əsdiz
Odlar yurdunun oğlu bu yeli külə döndərdi
Viran qoyduğunuz hər toxumu gülə döndərdi

Bu yol hələ bitməyib, bu zəfər yoludu
Böyük və şanlı Turan -Aran elinin kəmər yoludur
Deyin tərk edib getsin qəbul edib qədərini
Tərk etməsə bir də çətin açsın səhərini

Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla.



Teqlər: Bayraq-Günü   Şuşa  





Xəbər lenti