"YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir

"YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir
  09 Noyabr 2021    Oxunub:560
Yarmarka çərçivəsində şəhidlərimizin övladları onlar üçün qurulan səhra yəməkxanasında əsgər yeməyindən dadıblar.
AzVision.az xəbər verir ki, yarmarka çərçivəsində, həmçinin "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində "Dəmir Yumruq" kompozisiyası səhnələşdirilib.

29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.



Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

Sponsorlar: “Bakcell”, “İDEART” MMC

Dəstəkçilər: Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), "ABAD" publik hüquqi şəxsi, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərişıq" ASC, 156 -Evakuasiya Xidməti, "NIGROUP" MMC, Bakı Strafor Kəsim Mərkəzi, "ASAN Könüllüləri" Təşkilatı



Media tərəfdaşları: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) Real TV, ASAN Radio





AzVision.az


Teqlər: Zəfəryarmarkası  





Xəbər lenti