Tbilisidə gərginlik: Saakaşvilinin tərəfdarları etiraz edirlər

   Tbilisidə gərginlik:  Saakaşvilinin tərəfdarları etiraz edirlər
  09 Noyabr 2021    Oxunub:997
Gürcüstanın paytaxtında hökümət binasının qarşısında polis əməkdaşlarından ibarət canlı sədd çəkilib. Müxalifət liderlərindən birinin Tbilisinin mərkəzində toplaşanları hökumət binasını mühasirəyə almağa çağırışından sonra bu tədbirə əl atılıb.
AzVision.az “Sputnik Gürcüstan” -a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid milli hərəkat” partiyasının indiki sədri, son bələdiyyə seçkilərində Tbilisinin meri vəzifəsinə namizədliyini irəli sürmüş Nika Meliya protestin fasiləsiz və dinc xarakterli olması üçün Azadlıq meydanında toplaşanları dağılışmamağa çağırıb.

- Biz əmin olanda ki, dəftərxananın mühasirəsi Qaribaşvilinin girib-çıxa bilməsinə imkan vermir, bizim isə başqa nə isə etməyimizə ehtiyac qalmır, bax onda biz öz planlarımız barədə məlumat verəcəyik, - Meliya bildirib.

Etiraz aksiyasından bir qədər əvvəl Saakaşvili Rustavi şəhərindəki 12 saylı həbsxanadan ittiham olunan və məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş Tbilisidəki 18 saylı tibb müəssəsinə aparılıb. Aldatma yolu ilə həbsxana xəstəxanasına gətirildiyini açıqlayan Saakaşvili tibbi yardımdan imtina edib.


Hakimiyyətin bütün qırmızı xətləri keçdiyini deyən Meliyanın sözlərinə görə, bu gündən Gürcüstanda böyük protest hərəkatı başlayır. Müxalifət partiyasının rəhbəri yalnız Saakaşvilinin azad edilməsindən və “oğurlanmış seçkilər”in qaytarılmasından sonra protest aksiyalarının dayandırılacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saakaşvili   Gürcüstan  





Xəbər lenti