Yol İstismarı İdarəsinin işçisi “KamAZ”ın altında qalıb öldü

Yol İstismarı İdarəsinin işçisi “KamAZ”ın altında qalıb öldü
  09 Noyabr 2021    Oxunub:808
Abşeronda Yol İstismarı İdarəsində dava olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılıb. Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti