Hərbçimiz Türkiyədə bədbəxt hadisədə həyatını itirib - Rəsmi

   Hərbçimiz Türkiyədə bədbəxt hadisədə həyatını itirib -    Rəsmi
  09 Noyabr 2021    Oxunub:1100
Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.
Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna verilən cavaba görə, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib.
Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin.

AzVision.az


Teqlər: Türkiyə   Hərbçi  





Xəbər lenti