Bakı Forumu böhranın bitdiyini göstərdi – Nikolay Zamikulanın yazısı

   Bakı Forumu böhranın bitdiyini göstərdi –    Nikolay Zamikulanın yazısı
  09 Noyabr 2021    Oxunub :496
Nikolay Zamikula
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
Xüsusi olaraq AzVision.az üçün

Azərbaycan paytaxtında keçirilən VIII Qlobal Bakı forumu son dərəcə vacib tədbirdir. Hər il keçirilən bu tədbir keçən il pandemiya səbəbindən baş tutmamışdı. Elə indi də yazdan payıza keçirilib.
Lakin forumun işinin yenilənməsi faktının özü göstərir ki, Azərbaycan qlobal böhranın nəticələrini aradan qaldırıb və beynəlxalq inkişafın aktual məsələlərinin müzakirə meydanı olaraq öz rolunu yerinə yetirməyə hazırdır.

Forumun mövzusu xüsusilə diqqətəlayiqdir. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə regionda status-kvonun dəyişməsi şəraitində forum iştirakçılarının Cənubi Qafqazın regional inkişafına dair problemləri müzakirə edəcəkləri məntiqlidir. Güclərin yenilənmiş balansı regionda münasibətlərin normallaşması və beynəlxalq qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər yaradır. Hazırda bu mövzu Ermənistan-Azərbaycan münaqişəsinin potensial tənzimlənməsi barədə danışıqların intensivləşməsi şəraitində son dərəcə aktualdır.

Lakin tədbirin gündəliyində qlobal xarakterli digər məsələlər də var. Görüşün iştirakçıları iqlim dəyişikliyi mövzusunu, COVİD-19 pandemiyasının nəticələri ilə mübarizəni, məqbul səhiyyənin və insan hüquqlarının təmin olunmasını, post-COVİD dövründə formalaşan yeni dünya düzəni şəraitində iqtisadiyyatın bərpasını müzakirə ediblər. Bu problemlərin Bakıda gündəmə gətirilməsi çox mühümdür.

Sadalanan məsələlərə diqqət bir daha göstərir ki, Azərbaycan təkcə öz maraqlarına aid regional təhlükəsizliklə bağlı konkret məsələlərin deyil, bəşəriyyətin qlobal problemlərinin həllinə də töhfə verməyə hazırdır. Bunu Bakının Qoşulmayanlar Hərəkatı çərçivəsində və BMT strukturları formatında gördüyü işlər də təsdiqləyir - Azərbaycan Prezidenti İ.Əliyev Forumdakı çıxışında bunu qeyd edib.

Bir çox dövlətlərin (Böyük Britaniya, Latviya, İsrail, Balkan ölkələri) siyasi elita nümayəndələrinin daxil olduğu Forum iştirakçılarının geniş spektri bu formata maraq göstərir. Bu, qlobal inkişafın əsas problemlərinin müzakirəsi üçün platforma yaradan Azərbaycana tərəfdaş kimi etimadı bir daha təsdiqləyir.

Hazırladılar: Cavad Muradov, Nadir Quliyev

Teqlər: Bakı-Forumu  







Xəbər lenti