Malatyada çökən binanın altından daha 5 nəfər çıxarılıb- YENİLƏNİB(Canlı)

   Malatyada çökən binanın altından daha 5 nəfər çıxarılıb-   YENİLƏNİB(Canlı)
  09 Noyabr 2021    Oxunub:1194
Bir müddət öncə Türkiyədə yaşanan faciə nəticəsində yaralananların sayı 13-ə çatıb. AzVision.az xəbər verir ki, Malatya şəhərində çökən binanın altından daha 5 nəfər çıxarılıb.
Yerli medianın yazmasına görə binada 20-25 nəfərin olduğu ehtimal edilir. Binanın çökmə səbəbi hələlik açıqlanmasa da onun köhnə tikili olması ən çox irəli sürülən versiyadır. İnönü küçəsində yerləşən köhnə tikilinin birinci mərtəbəsində restoran olub.



***

Türkiyənin Malatya şəhərində iki mərtəbəli bina çöküb.

AzVision.az "TRT Haber" ə istinadən xəbər verir ki, dağıntılar altından 8 yaralı çıxarılıb. Məlumata görə, binanın birinci mərtəbəsində restoran fəaliyyət göstərib.
Binanın hansı səbəbdən çökdüyü bilinmir. Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları cəlb olunub.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti