"Bu Azərbaycan xalqının, Ordusunun Zəfəridir”- Trofimçuk

   "Bu Azərbaycan xalqının, Ordusunun Zəfəridir”-   Trofimçuk
  09 Noyabr 2021    Oxunub:793
"Noyabrın 8-i əsərlərə Azərbaycanın tarixinə yazılacaq və tarixi-siyasi təqvimində ən əlamətdar günlərdən biri olacaq".
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Avrasiya ideyalar emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk bildirib.

“Mənim Azərbaycana, xüsusən də Qarabağ probleminə marağım dünən yaranmayıb. Mən hələ 2005-ci ildə “AZLAR: Azərbaycanı kəşf edərək” kitabını yazaraq auditoriyanın, o cümlədən rusiyalı oxucuların diqqətini Azərbaycanla, dostlarımızla birlikdə həll etməli olduğumuz bir çox məsələlərə yönəltmişdim ki, gələcəkdə heç bir ziddiyyət olmasın. Bu kitabın fəsillərindən biri “Qarabağ” adlanırdı. Bu gün biz görürük ki, 15-20 il bundan əvvəl deyilənlər gerçəkləşdi. Bu, həqiqətən də böyük bayramdır. Mən, ilk növbədə, Qarabağı, bu problemin öz həllini tapmalı olduğunu bir dəqiqə belə unutmayan Azərbaycan xalqının münasibətini qeyd edərdim. Kitabımda bu barədə də yazmışdım. O zaman bu, “Qarabağ münaqişəsi” adlandırılırdı, “Qarabağın statusu”ndan danışılırdı. Bu gün bütün bu məsələlər, əslində, öz həllini tapıb və bu, Azərbaycan xalqının, Azərbaycan Ordusunun Zəfəridir”, - deyə ekspert qeyd edib.

Q.Trofimçukun vurğuladığı kimi, Qarabağ müharibəsindəki Qələbə Azərbaycan Ordusunun reytinqini ciddi şəkildə yüksəltdi, çünki onun peşəkarlığı sayəsində Ermənistan ordusu məğlub oldu. O, həmçinin bildirib: “Mən həm Azərbaycan Ordusunun, həm də bütövlükdə Azərbaycan xalqının Qələbəsini qeyd edərdim. İndi regionun sülh yolu ilə inkişafı məsələsi gündəmdədir. Azərbaycan Rusiya ilə sıx təmasda regionun inkişafına dair planları müəyyən edib. İndi Azərbaycan Cənubi Qafqazda liderdir. Xəzər regionunun Mərkəzi Asiya və Yaxın Şərqlə əlaqələrindən danışdıqda isə, o zaman Rusiya Federasiyası da daxil olmaqla, sabitlik təmin edilməlidir. Ona görə də, əslində, Azərbaycan bizim də maraqlarımızı qoruyur”.

AzVision.az



Teqlər: Zəfər   Qarabağ  





Xəbər lenti