ABŞ 1 milyard dollara yeni koronavirus həbləri alır

   ABŞ    1 milyard dollara    yeni koronavirus həbləri alır
  09 Noyabr 2021    Oxunub:583
ABŞ "Merck" və "Ridgeback Biotherapeutics"in birgə istehsalı olan yeni koronavirus həbinin- "Molnupiraviri"n 1,4 milyon dozasını alacaq. AzVision.az xəbər verir ki, bu barədə şirkətlərin yaydığı açıqlamada məlumat verilib.
Bildirilir ki, dərmanların ümumi alış qiyməti 1 milyard dollar olacaq. Məlumata görə, ABŞ hökuməti dərmanın fövqəladə hallarda istifadəsinə FDA-dan(Amerika tibbi tənzimləyicilərindən biri-red.) icazə almaq şərti ilə daha 1,4 milyon dərman almaq arzusunu ifadə edib. Bundan öncə də sifarişlərin olduğu bildirilir.

Britaniya yeni koronavirus dərmanından istifadə edəcək ilk ölkə oldu
Şirkətin məlumatına görə, ABŞ hökuməti tərəfindən sifariş edilən "Molnupiravir"in ümumi sayı təxminən 2,2 milyard dollar dəyərində olan 3,1 milyon olacaq. "Merck" şirkəti bəyan edib ki, ABŞ səlahiyyətliləri cari müqavilə çərçivəsində bu dərmanın əlavə iki milyon kursunu da sifariş edə biləcəklər.

Xatırladaq ki, bundan öncə "Merck & Co" COVID-19-dan xəstəxanaya yerləşdirmə və ölüm riskini 50% azaldan "molnupiravir" tabletlərinin uğurlu sınaqdan keçirildiyini elan etmişdi. Şirkət dərmanın təcili istifadəsinə icazə verilməsi üçün Amerika əczaçılıq tənzimləyicisinə müraciət edib. Bu həb dünyada koronavirus üçün ilk ağız yoluyla qəbul edilən antiviral dərman ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Koronavirus   Dərman  





Xəbər lenti