"Borcu olmayan qazanxanalara qaz veriləcək" - Ruslan Əliyev

   "Borcu olmayan qazanxanalara qaz veriləcək" -    Ruslan Əliyev
  10 Noyabr 2021    Oxunub:1168
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manata yaxın borcu var.
AzVision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, qaz borcu olmayan qazanxalara veriləcək.

"Qazın açılışının təmin olunması üçün “Azəristiliktəchizat” ASC tərəfindən “Azəriqaz” İB-yə müraciət olunmalıdır. Bizdə olan məlumata görə, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir. Müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik. Qalan borc məsləsi gündəmdə qalır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti