Sumqayıt qatarının şüşlərini sındıran azyaşlılar tutuldu - VİDEO

Sumqayıt qatarının şüşlərini sındıran azyaşlılar tutuldu -    VİDEO
  10 Noyabr 2021    Oxunub:677
Bakı-Sumqayıt elektrik qatarına daş atararaq vaqonların şüşlərini sındıran və sərnişinlərin həyatı təhlükə yaradan azyaşlılar müəyyən olunub. Eyni hal noyabr ayında bir neçə dəfə təkrarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, sərnişinlərin ciddi narahatçılığına səbəb olan şəxslər valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər.

"Qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacibliyi vurğulanıb".



AzVision.az


Teqlər: Qatar   DİN  





Xəbər lenti