"Qazın qiymətinin artmasının bizim üçün bəhrəsi var" - Pərviz Şahbazov

   "Qazın qiymətinin artmasının bizim üçün bəhrəsi var" -    Pərviz Şahbazov
  10 Noyabr 2021    Oxunub:677
"Hazırda Avropada qazın qiyməti çox yüksəkdir. Bağlanmış müqavilələrə əsasən biz də bu istiqamətdə öz qazımızı satırıq".
Bunu AzVision.az -a açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib. O bildirib ki, bəzi müqavilələr üzrə qiymətlər çox yüksəlib:

“Sözsüz ki, bunun bəhrəsi var. Ancaq düşünürük ki, qaz bazarında daha uzun müddətli sabit qiymətlər olarsa, bu, bizim və dünya iqtisadiyyatı üçün də yaxşı olacaq”, deyə nazir əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti