Maliyyə naziri: "Mobil cihazların və avtomobillərin rüsumlarının artırılması xəbərləri şayiədir"

      Maliyyə naziri:    "Mobil cihazların və avtomobillərin rüsumlarının artırılması xəbərləri şayiədir"
  10 Noyabr 2021    Oxunub :203
“Baytarlıq məhsullarının rüsumları artırılmır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ərzaq məhsullarının qiymətlərinə təsir göstərəcək heç bir qəpik də rüsum artırılmasından söhbət gedə bilməz: “Bu gün mətbuatda şayiələr yaranmışdı ki, mobil cihazların qeydiyyat rüsumu artırılacaq. Bu tamamilə şayiədir. Avtomobillərlə bağlı yayılan məlumatlar da tamamilə şayiədir”.

AzVision.az

Teqlər:







Xəbər lenti