Mikayıl Cabbarov: "Azad olunmuş ərazilərdə torpaqlarla bağlı məsələlər müzakirə olunur"

    Mikayıl Cabbarov:    "Azad olunmuş ərazilərdə torpaqlarla bağlı məsələlər müzakirə olunur"
  10 Noyabr 2021    Oxunub :332
“İşğaldan azad olunmuş ərazilərdə torpaqların aqibəti ilə bağlı məsələ ötən ilin dekabrından müzakirə edilir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu, mürəkkəb məsələdir: “Birincisi, həmin ərazilərdə biz torpaq islahatlarına dəyişiklik edə bilərik, ya yox, qərar yoxdur. İşçi müzakirələr Prezident Administrasiyasının da iştirakı ilə həyata keçirilir. Bununla bağlı yekun rəy odur ki, dəyişikliklər olmalıdır. İşğaldan azad edilmiş ərazilərə vətəndaşlarımızın qayıtması kimi məqamlarla bağlı da proqramlar hazırlanıb. İkinci məsələ burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılması ilə bağlıdır. Burada problemin böyük hissəsi ondan ibarətdir ki, mülkiyyət sənədlərini və olmayan sənədlərin müəyyənləşməsi məsələsi də var. Bu problem bu gün diqqət mərkəzindədir”.

AzVision.az

Teqlər:







Xəbər lenti