"Belarus Avropa İttifaqı ilə dialoqa hazırdır" - XİN rəhbəri

"Belarus Avropa İttifaqı ilə dialoqa hazırdır" -  XİN rəhbəri
  10 Noyabr 2021    Oxunub:750
Belarusun xarici işlər naziri Vladimir Makey ölkəsinin Avropa İttifaqı ilə dialoqa hazır olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə o, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

“Biz, Brüssel də daxil olmaqla, digər Avropa dövlətlərinin polisindən müəyyən siqnallar alırıq. Bəli, bu vəziyyətdən çıxmalıyıq, amma necə, onu bilmirik. Buna görə də gəlin heç olmasa məxfi şəkildə, haradasa zirzəmilərdə, meşələrdə danışaq, lakin nəhayət normal münasibətlərə gəlməyimizə imkan verəcək fikir mübadiləsi aparaq. Biz həmişə dialoqa hazır olduğumuzu və istənilən məsələni dialoq yolu ilə həll etməyə hazır olduğumuzu bildirmişik”, - nazir vurğulayıb.

Onun fikrincə, gec-tez vəziyyətin özü bütün tərəfləri Belarusla Avropa ölkələri arasında münasibətlərdə yaranmış böhranın həlli yollarını axtarmağa məcbur edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti