"Azərbaycandakı mühit Peyğəmbər dövründə Mədinədəki tolerant mühiti xatırladır"- İndoneziyalı tədqiqatçı

   "Azərbaycandakı mühit Peyğəmbər dövründə Mədinədəki tolerant mühiti xatırladır"-   İndoneziyalı tədqiqatçı
  10 Noyabr 2021    Oxunub:973
İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ-dən AzVision.az -a verilən məlumata görə, rektor, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirərək institutun fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verib, mövcud ixtisaslar barədə bəhs edib. Aİİ-nin xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən A.Şirinov deyib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə ikitərəfli protokollar, memorandumlar imzalanıb.



İnstitut rəhbəri daha sonra Azərbaycanda mövcud dini vəziyyət haqqında məlumat verib. Vurğulayıb ki, Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində birgə yaşayırlar. A. Şirinov Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər və Quba rayonunun “Qırmızı qəsəbə”sində yaşayan dağ yəhudiləri haqqında ətraflı bəhs edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasəti Azərbaycanda mövcud ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi daşıyır.

İndoneziyanın Bandung İslam Universitetinin tədqiqatçısı Məhəmməd Rza ali təhsil müəssisəsində olmaqdan məmnunluğu ifadə edib. Azərbaycanda mövcud multikultural və tolerant mühitlə yaxından tanış olmaq məqsədilə Vətənimizə gəldiyini qeyd edən qonaq bildirib ki, ölkədə mövcud olan bu mühit ona Həzrət Məhəmməd dövründə Mədinədəki tolerant mühiti xatırladıb.

AzVision.az



Teqlər: Tolerant   Aİİ   İndoneziya  





Xəbər lenti