Daha 1 876 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

   Daha 1 876 nəfər koronavirusa yoluxub,    22 nəfər ölüb
  10 Noyabr 2021    Oxunub:562
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə olunaraq sağalıb, 7 342 nəfər vəfat edib. 31 332 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, bu günə qədər isə ümumilikdə 5 309 867 test icra olunub.

AzVision.az



Teqlər: Koronavirus  





Xəbər lenti