"Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək" - Ərdoğan

   "Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək" -    Ərdoğan
  10 Noyabr 2021    Oxunub:1083
"Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək".
AzVision.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda yer alıb.

“Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur", - Ərdoğan vurğulayıb.

AzVision.az



Teqlər: Rəcəb-Tayyib-Ərdoğan  





Xəbər lenti