Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı uzadıldı

   Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı uzadıldı
  10 Noyabr 2021    Oxunub:980
Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində türk hərbçilərin mandatı daha bir il uzadılıb.
AzVision.az xəbər verir ki, müvafiq qərar bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında qəbul edilib.

Qanun layihəsi müzakirə olunub, daha sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

AzVision.az



Teqlər: Monitorinq-Mərkəzi  





Xəbər lenti