Aİ Qarabağda atəşkəsin ildönümü ilə bağlı bəyanat yayıb

   Aİ Qarabağda atəşkəsin ildönümü ilə bağlı bəyanat yayıb
  10 Noyabr 2021    Oxunub :384
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Peter Stano Ermənistan və Azərbaycan arasında atəşkəs sənədinin imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat yerləşdirilib.

Bəyanatda vurğulanıb ki, Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs razılaşmasından sonra Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümüdür.

“Avropa İttifaqı bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir. Döyüş əməliyyatları dayandırılsa da, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçünbir çox məsələlər həll edilməlidir. Biz, xüsusilə tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, qalan bütün saxlanılanların dərhal azad edilməsinə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırırıq" - , bəyanatda qeyd olunub.

Aİ rəsmisi bildirib ki, təşkilat dinc və firavan Cənubi Qafqazın təşviqinə sadiqdir və sülh quruculuğuna, münaqişədən sonrakı yenidənqurmaya töhfə verməkdə fəal iştirak edir. Aİ münaqişədən zərər çəkmiş insanlara, minaların təmizlənməsi və erkən bərpa işlərinə 17 milyon avrodan çox humanitar yardımla dəstək verib. Aİ tərəflərin ehtiyac duyduğu texniki yardım göstərməklə sərhədlərin delimitasiya və demarkasiyasını dəstəkləməyə hazırdır. Aİ Cənubi Qafqazda qarşılıqlı fəaliyyəti və iqtisadi əməkdaşlığı təşviq edir".

AzVision.az

Teqlər: Avropa-İttifaqı   Qarabağ   Bəyanat  







Xəbər lenti