Bakıda üç ailənin yaşadığı evlərdə yanğın olub

Bakıda üç ailənin yaşadığı evlərdə yanğın olub
  11 Noyabr 2021    Oxunub :370
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən sahəsi 50 m² olan evin yanar konstruksiyaları və dam örtüyü, sahəsi 50 m² olan evin tavanı 20 m² sahədə yanıb.
Bu barədə AzVision.az Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Qeyd olunub ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Yanğın  







Xəbər lenti