"Zəngəzur dəhlizi türk dünyasının rifahına öz töhfəsini verəcək" - Çavuşoğlu

   "Zəngəzur dəhlizi türk dünyasının rifahına öz töhfəsini verəcək" -    Çavuşoğlu
  11 Noyabr 2021    Oxunub:918
"Zəngəzur dəhlizi bütün türk dünyasının rifahına öz töhfəsini verəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında deyib.

Nazir bildirib ki, türkdilli ölkələrin birliyi üçün iqtisadi əlaqələri daha da inkişaf etdirməliyik: "Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Zəngəzur dəhlizi ilə daha da güclənəcək və bu dəhliz bütün türk dünyasının rifahına öz töhfəsini verəcək. Bu töhfədən faydalanmaq üçün Türk Şurası ölkələri arasında ticarəti daha sərbəst hala gətirməliyik".

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Mövlud-Çavuşoğlu  





Xəbər lenti