Prokurorluq "Emin 444”ün qətli ilə bağlı apellyasiya protesti verib

   Prokurorluq "Emin 444”ün qətli ilə bağlı apellyasiya protesti verib
  11 Noyabr 2021    Oxunub :283
"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri - Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb".
Bu barədə AzVision.az - a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 08 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs - Zaur Yusifova Cinayət Məcəlləsinin (CM) 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs - Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.

Qeyd edək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.

AzVision.az

Teqlər: Prokurorluq  







Xəbər lenti