Lerikdə icra nümayəndəsi və tibb işçilərinə cinayət işi açılıb

   Lerikdə icra nümayəndəsi və tibb işçilərinə cinayət işi açılıb
  11 Noyabr 2021    Oxunub :351
Lerik rayonunda icra nümayəndəsi və xəstəxana əməkdaşına cinayət işi açılıb.
Bu barədə AzVision.az - a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimovun Xanəgah kənd tibb məntəqəsinin tibb qardaşı Elşən Fərzili və Lerik Rayon Mərkəzi Xəstəxanasının operatoru Ayət Səmədov ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib etmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

AzVision.az

Teqlər:







Xəbər lenti