"İşğal dövründə yaşayış məntəqələrinin necə dağıldığını gördük" - Bob Bləkmən

   "İşğal dövründə yaşayış məntəqələrinin necə dağıldığını gördük" -    Bob Bləkmən
  11 Noyabr 2021    Oxunub:791
"Ümid edirik ki, Qarabağın azad edilməsi regionda sülhün bərqərar olmasına səbəb olacaq".
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Bob Bləkmən noyabrın 11-də keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycana səfər çərçivəsində Şuşa və Füzuliyə səfər etdiklərini vurğulayan Bob Bləkmən deyib: “Zəfər yolu ilə getdikcə işğal dövründə Azərbaycanın yaşayış məntəqələrinin necə dağıldığını gördük. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri ilə də tanış olduq. Şuşada olarkən şəhərin şöhrətini qaytarmaq üçün qısa müddətdə görülən işlərin şahidi olduq. İnanırıq ki, Azərbaycan qısa müddətdə Şuşanın şöhrətini qaytarmağa nail olacaq”.

Azərbaycanın xristian məbədlərinə hörmətlə yanaşdığını vurğulayan britaniyalı deputat bildirib ki, Azərbaycan Ordusu müharibə dövründə də yalnız hərbi hədəflərə atəş açıb, mülki obyektlərin ziyan görməməsinə çalışıb.

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, həmçinin Azərbaycan xalqını müstəqilliyin bərpasının 30 illiyi və Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu söyləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti