"Saakaşvili niyə özəl klinikaya köçürülməlidir?" - Ədliyyə naziri

 "Saakaşvili niyə özəl klinikaya köçürülməlidir?" -  Ədliyyə naziri
  12 Noyabr 2021    Oxunub:980
"Eks-prezident Mixail Saakaşvilinin heç bir şərt olmadan aclıq aksiyasını dayandırmasını alqışlayardıq".
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Pati Breqadze jurnalistlərə deyib.

Noyabrın 10-da Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan hakimiyyətini ölkənin eks-prezidenti Mixeil Saakaşvilinin adekvat müalicə və təhlükəsizliyini təmin etmək, onun vəziyyəti barədə məhkəməyə məlumat vermək barədə qərar qəbul edib. Saakaşvilini isə aclıq aksiyasını dayandırmağa çağırıb.

Öz növbəsində Saakaşvili həbsxana xəstəxanasından çoxprofilli mülki klinikaya köçürüləcəyi təqdirdə aclıq aksiyasını dayandırmağa hazır olduğunu bildirib.

"Avropa Məhkəməsi Saakaşvilini aclığı dayandırmağa çağırıb. O, razılaşsa və aclığı dayandırsa, şad olarıq, amma heç bir şərt olmadan. Bu adam niyə özəl klinikaya köçürülməlidir? Kimsə mənə cavab verə bilərmi?" - Breqadze deyib.

43 gün əvvəl aclıq aksiyasına başlayan Saakaşvili noyabrın 8-də Rustavidəki 12 saylı həbsxanadan Tbilisidəki 18 saylı Qldani həbsxana xəstəxanasına köçürülüb. Təkcə Saakaşvili və vəkilləri deyil, onun yaratdığı Milli Hərəkat Partiyası da mülki klinikaya köçürülməsini tələb edir, həmçinin tərəfdarları daimi etiraz aksiyaları keçirir.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Mixael-Saakaşvili  





Xəbər lenti