Co Bayden və Si Cinpinin virtual sammiti olacaq

 Co Bayden və Si Cinpinin virtual sammiti  olacaq
  12 Noyabr 2021    Oxunub:540
ABŞ KİV-ləri nəhayət ki, noyabrın 15-də prezident Co Baydenlə Çinin sədri Si Cinpinin çoxdan gözlənilən virtual sammitinin keçiriləcəyini yazıbar. Adları çəkilməyən mənbələrə istinad edən CNN və Politico sammitin ilkin olaraq, gələn həftənin ilk günündə baş tutacağını bildiriblər.
AzVision.az ABŞ mediasına istinadən xəbər verir ki, dünyanın iki ən böyük iqtisadiyyatına malik dövləti arasında münasibətlər son həftələr, o cümlədən də Tayvan məsələsinə görə pisləşib. Vaşinqton dəfələrlə Tayvanı dəstəklədiyini bəyan edib. Bununla belə, ABŞ və Çin iqlim üzrə Qlazqoda keçirilən sammitdə gözlənilmədən ortaq məxrəcə gəliblər.

ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə bəyan edib ki, Baydenin yanvarda vəzifələrini icra etməsinə başalayndan bəri şəxsən görüşməyən bu iki prezident tezliklə virtual danışıqlar aparcaqlar.
Görüş barədə sualı cavablandıran Çinin xarici işlər nazirliyinin rəsmi təmsilçisi Van Venbin “İki dövlətin başçıları müxtəlif formatların vasitəsi ilə şəxsi əlaqələri dəstəkləmək barədə razılığa gəliblər. Hazırda liderlərin sammiti barədə konkret razılaşma məsələsində ABŞ və Çin sıx əlaqədədirlər”, - deyib.

Demokrat Bayden Ağ evə gələndən Si Cinpinlə iki dəfə telefonla danışıb. Co Bayden Barak Obamanın dövründə vitse-prezident, Si Cinpin isə Çinin sədri Xu Cintaonun müavini işləyərkən onların çoxsaylı görüşləri olub.

Bayden Çinli həmkarı ilə G-20-nin bir qədər əvvəl Romada keçirilən sammitində görüşməyə ümidli olsa da, Covid-19 pandemiyası başlayandan xarici səfərlərə çıxmayan Si Cinpin bunun əvəzində cari ilin sonuna qədər virtual danışıqların aparılamsına razılıq verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti