"Belarus insanlığa nifrət oyunu oynayır" - Şolz

 "Belarus insanlığa nifrət oyunu oynayır"  -  Şolz
  12 Noyabr 2021    Oxunub:733
“Polşa-Belarus sərhədində yaranmış dramatik vəziyyətlə əlaqədar olaraq, Avropa İttifaqı Lukaşenko rejiminə qarşı sərt tədbirlər görəcək”.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri vəzifəsini icra edən, kansler vəzifəsinə namizəd Olaf Şolz deyib.

O bildirib ki, Aleksandr Lukaşenko rejimi Polşa-Belarus sərhədi bölgəsindəki dramatik vəziyyətlə əlaqədar son dərəcə ciddi nəticələrlə üzləşəcək.

Şolzun sözlərinə görə, hazırda Avropa İttifaqı Lukaşenkonun hərəkətlərinə Aİ-nin birgə cavabını intensiv şəkildə hazırlayır və ən sərt tədbirlər görüləcək.

"Minsk hakimiyyəti miqrantlara humanitar yardımın çatdırılmasına mane olur və "insanlığa nifrət oyun”u oynayır. Bunun nəticələri olmalıdır və olacaq. Qurbanların düşdüyü vəziyyəti yaxşılaşdırmaq üçün hər şey edilməlidir. Aİ qətiyyətlə Polşanın tərəfindədir", - Şolz vurğulayıb.

Öz növbəsində, Polşanın baş naziri Mateuş Moravetski hesab edir ki, baş verənlərin pərdəarxası rəhbəri “Moskvada oturub”.

Rusiya hökuməti bütün bu ittihamları rədd edir.

Gecələr Polşa-Belarus sərhəddində havanın temperaturu sıfır dərəcəyə yaxın olur. Oradakı minlərlə miqrant donur. Bu arada Kiyev hökuməti bu insanların Ukraynaya göndərilə biləcəyindən ehtiyat edir.

Varşava və Brüssel Lukaşenkonu böhranlı bölgələrdən insan axınını qəsdən Aİ-yə qaçaqmalçılıq yolu ilə yönləndirməkdə ittiham edir. Ölkəsinə qarşı tətbiq edilən sanksiyalara cavab olaraq Lukaşenko miqrantların “rahat Qərbə” gedən yolda bir daha mane olmayacağını açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Polşa   Belarus  





Xəbər lenti