Azərbaycan əleyhinə köhnə qrupun yeni şəbəkəsi - PƏRDƏARXASI

   Azərbaycan əleyhinə köhnə qrupun yeni şəbəkəsi -    PƏRDƏARXASI
  12 Noyabr 2021    Oxunub :252
44 günlük müharibə zamanı və ondan sonra postkonflikt mərhələsinin davam etdiyi hazırki məqamda onsuzda düşmənlərimiz, bizi gözü götürməyənlər barədə yetərincə məlumatlanmaq fürsətimiz oldu. Heç şübhəsiz ki, bütün diqqətimiz bu müddət rəzində ilk olaraq xarici düşmənlərə yönəldi. Çünki müharibədəki qalibiyyəti taclandırmaq üçün ilk növbədə xarici müdaxilələri dəf etmək, savaşın aktiv fazası kimi postkonflikt mərhələsini də aktivimizə yazmaq ən azı 44 günlük müharibə qədər böyük əhəmiyyət daşıyır.
Lakin hər şey bizim düşündüyümüz qədər nə sadədir, nə də asan. Təəssüf ki, işimizi çətinləşdirməyə çalışan, düşmənə üstünlük qazanmaq üçün fürsət yaradan maneələr həmişə olduğu kimi bu dəfə də bizdən yan keçəcək kimi görünmür.

Bəli, ölkədaxili oyunlar əlimizi zəiflədərək mövcud hakimiyyəti düşmən qarşısında da "düşürmək" üçün əlindən gələni ardına qoyacaq kimi görünmür. Müxalifətin "radikal" qanadını təmsil edən "Milli Şura"nın sədri Cəmil Həsənli və ADR rəhbəri Qubad İbadoğlunun son həftəni Londonda keçirmələri əslində normal hal kimi görünə bilər. Lakin baş verən son proseslər bir qədər şübhələri artırmağa başladı. Belə ki, sözügedən şəxslərin Londonun internet televiziyaları vasitəsilə anti-Azərbaycan çıxışlar edib "Pandora sənədləri"ni ölkəmizin boyuna biçməyə çalışmaları məsələni bir qədər başqa yerlərə çəkmək cəhdləri ürəkbulandıran məqamlardan oldu. İbadoğlu London İqtisad Məktəbində (LSE) çalışdığı üçün onun Britaniya paytaxtından reportajlar etməsini, eyni zamanda Cəmil Həsənlinin Londonda görünməsini də müəyyən qədər qəbul etmək olardı. Lakin ötən gün mediaya sızan digər məlumatlar Azərbaycan əleyhinə Qərbdə ciddi planlar qurulduğu şübhələrini artırmağa başladı. Məlum oldu ki, "Milli Şura"nın daha bir üzvü Gültəkin Hacıbəyli də çevrəsi ilə bərabər Böyük Britaniyanın paytaxtına şəhərə yollanaraq digər həmkarları ilə birgə qatılacağı tədbirlərə son hazırlığı görür.

Bu məqamda ortaya çox maraqlı bir sual çıxır: Azərbaycan "radikal düşərgə" təmsilçilərini kim(lər) Londona toplayır? Maraqlısı orasındadır ki, heyətdə başqa kimlərin olduğu barədə və söhbətin hansı tədbirlərdən getdiyindən heç bir məlumat yoxdur. Burada bir şübhəli məqam diqqət çəkir. Adı çəkilənlərin və komanda üzvlərinin qatılacaqları toplantı, keçirəcəkləri görüşlər əgər leqal xarakterlidirsə, onda ənənələrinə sadiq qalıb təbliğat qurar, piar edib yararlanardılar. Əksi olardısa, toplantını məxvi saxlayar, informasiya sızıntısına yol verməzdilər. Məlumdur ki, London ayrı-ayrı ölkələrin müxalif siyasi çevrələrinin toplaşdıqları ənənəvi məkan deyil. Bunun üçün Avropada "ixtisaslaşmış şəhərlər" mövcuddur. Demək plan üzərində uzun zamandır çalışılıb və böyük "əmək" sərf edilib.

Noyabrın 7-də Cəmil Həsənlinin internet tv-lərə verdiyi açıqlaması zamanı səfərin məqsədi barədə qısa bilgi verir. O bildirir ki, Londonda toplaşmalarının məqsədi "Pandora sənədləri"nin reallığını isbatlamaq üçün faktlar toplamaqdan ibarətdir. Lakin Cəmil Həsənlinin bu açıqlaması vəziyyəti aydınlaşdırmaq əvəzinə yeni suallar müydana çıxarır. O da diqqətdən yayınmır ki, "Milli Şura" sədrinin açıqlaması özünün və daxil olduğu şəbəkənin əvvəlki tezisləri ilə ziddiyyət təşkil edir.

Daha dəqiq desək Cəmil Həsənli və Qubad İbadoğlunun 7 noyabr açıqlamaları təkcə məntiqi baxımdan ziddiyyətli deyil. Səfərin təşkilatçısının və maliyyəçisinin adı niyə gizlədilir? Amma suallar bununla bitmir. İstiqamətlər nə üçün Böyük Britaniya paytaxtına yönəlib, səfərlər, kampaniyalar nə üçün məhz indi təşkil edilir? Suallara aydınlıq gətirmək üçün xüsusən də son 1 ildəki proseslərə nəzər salmaq vacibdir. Böyük Britaniya II Qarabağ savaşının gedişində və postkonflik dövründə Azərbaycana böyük dəstəyini ifadə edib. Biz bunun elə öyük Britaniyanın baş naziri Boris Consonun "COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanlanmış müraciətində də şahidi olduq.

Böyük Britaniya - Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması ilə hazırlıqların getdiyi bir vaxtda Londonda "bəzi demokratik təsisatlar" tərəfindən həyata keçirilən kampaniyalar heç şübhəsiz ki, Böyük Britaniyanın Azərbaycanın haqlı mövqeyinə istisnasız dəstəyini aradan qaldırmağa hesablanıb. Bu kampaniya təkcə "Pandora sənədləri" kontekstində deyil, paralel olaraq təzyiq elementləri müstəvisində aparılır ki, düşündükdə bu planın əslində kim(lər) tərəfində cızıldığını anlamaq çətin deyil. Düşmən dəyirəmanına su tökmək üçün hər vəchlə gücünü səfərbər edən Azərbaycanın "radikal müxalifət" təmsilçilərinin bu canfəşanlığına xəyanətdən başqa ad vermək mümkün deyil.

Nəzərə alsaq ki, ələxsus da bu toplantının məhz Azərbaycanın qələbəsi üçün əlamətdar günlərə təyin olunması təsadüfi seçim deyil. Artıq hər kəsə bəliidir ki, Böyük Britaniyanın Azərbaycan və Türkiyə əleyhinə koalisiyalarda təmsil olunması, yaxud, ən azı, Azərbaycan və Türkiyə ilə münasibətlərinin pozulması üçün geniş bir kampaniya başladılıb.

Belə bir avantürist hesabatın ("Pandora sənədləri") indi açıqlanması, Britaniya Parlamentində qondarma soyqırım üzrə dinləmələrin başladılaması, Azərbaycanın "radikal müxalifət" təmsilçilərinin bu dinləmələrə dəstək vermək üçün Londona çağırılması sinxronluq təşkil edir ki, bu da təsadüfü deyil. Bu gün anti-Azərbaycan və anti-Türkiyə şəbəkənin hədəfi London üzərində cəmləşib. Bəli, Cəmil Həsənlinin "tədqiqatları"nın Londona köçməsi, Qubad İbadoğlunun London İqtisad Məktəbində (LSE) çalışmağa başlması və buradan "Milli Şura" sədrinə dəstək çıxışları etməsi ilə erməni lobbisinin Britaniya Prlamentində qondarma soyqırımı məsələsini gündəmə gətirməsi qətiyyən təsdüfü paralellik daşımır.

Hələ müharibədən də öncə hər kəsə məlum idi ki, erməni şəbəkəsi dünyada ən güclü şəbəkələrdən biridir. Dünyanən müxtəlif nöqtələrindən irihəcmli anti-Azərbaycan və anti-Türkiyə proseslərinə start verilərək, buna "Milli Şura"nı da qoşmaq deyilənlərə əyani sübutdur. O da məlumdur ki, prosesin arxasında başqa güc mərkəzləri, başqa dövlətlər dayanır. Görünüən isə odur ki, Azərbaycana qarşı qarayaxma kompaniyalarında, əks planların icrasında birmənalı olaraq müxalifətin "radikal" qanadını təmsil edən "Milli Şura" üzvlərinin və digərlərinin düşmənə açıq dəstəyi halları artıq ənənəyə çevrilir.

Kənan Mustafa / Milli.Az

Teqlər:







Xəbər lenti