Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” göndərib

   Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” göndərib
  12 Noyabr 2021    Oxunub :233
"Görüşümüzə, şəxsən tanış olmağımıza çox şadam".
AzVision.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 12-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir: "Qırğızıstanda qardaş Azərbaycan xalqının uğurlarına və nailiyyətlərinə həmişə şadıq. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan dünya arenasında beynəlxalq mövqelərini xeyli möhkəmləndirib. Ölkələrimiz arasında münasibətlər tarixin, mədəniyyətin, dilin, mənəvi və dini dəyərlərin ortaq olmasından irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında müasir dövlətlərarası münasibətlərin təməli beynəlxalq miqyaslı görkəmli şəxsiyyət, Sizin atanız Heydər Əliyev tərəfindən qoyulub. Qırğızıstanlılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edir və ölkələrimiz arasında çoxəsrlik dostluğun möhkəmlənməsinə onun tarixi töhfələrini qiymətləndirirlər".

"Fürsətdən istifadə edib, bizə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm", - S.Japarov bildirib.

AzVision.az

Teqlər: vaksin  







Xəbər lenti