Əfqanıstanda məscid partladılıb, ölənlər var

Əfqanıstanda məscid partladılıb,    ölənlər var
  12 Noyabr 2021    Oxunub:629
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məsciddə partlayış törədilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.

Şahidlərin sözlərinə görə, partlayış məsciddə cümə namazı vaxtı baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Xatırladaq ki, Əfqanıstanda ötən ay məscidlərdə törədilmiş bir neçə partlayış nəticəsində 200-ə yaxın şəxs həlak olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti