İlham Əliyev: “Türkiyə Əməkdaşlıq Şurasına sədrliyi böyük uğurla həyata keçirəcək”
Prezident İlham Əliyev qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verir: “Ölkələrimiz arasında həmrəylik, qarşılıqlı hörmət sayəsində Türkiyə sədrliyi böyük bir uğurla həyata keçirəcək. Türk dünyasının lideri olaraq hörmətli qardaşım bu istiqamətdə yalnız və yalnız uğur qazanacaq. Çünki böyük baxışı sayəsində Türkiyə çox böyük yol qət edib və qlobal mənada gücə çevrilib. Tək bölgəmizdə deyil, bütün dünyada Türkiyənin gücü tanınır. Həm iqtisadi, həm siyasi, həm hərbi gücdən danışırıq. Dünyada elə bir ölkə yoxdur ki, Türkiyənin vacibliyinin fərqində olmasın. Əziz qardaşımın baxışı sayəsində Türkiyənin qət etmiş olduğu yol, inkişafı hamımız üçün əslində nümunə olacaq bir yoldur. Çünki biz türk dünyasının qəlbinin burada atdığını bilirik. Bu da hamımıza əlavə olaraq güc və güvən verir. Azərbaycan xalqı adından əziz qardaşıma bir daha təşəkkür edirəm. Ona olan dərin hörmətimizi bir daha dilə gətirmək istəyirəm. Azərbaycanda hər kəs Rəcəb Tayyib Ərdoğanı böyük hörmət və sevgi ilə anır. Türkiyə Prezidenti Azərbaycanda çox önəmli bir şəxsiyyət olaraq qəbul edilir”.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev