"Özbəkistanın Qarabağda məktəb tikməsi qardaşlıq nümunəsidir" - Dövlət başçısı

   "Özbəkistanın Qarabağda məktəb tikməsi qardaşlıq nümunəsidir" -    Dövlət başçısı
  12 Noyabr 2021    Oxunub:1328
Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündəki çıxışında Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisinə maliyyə ayırmasına görə bu ölkənin Prezidenti Şevket Mirziyoyevə təşəkkür edib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Ş. Mirziyoyevin cəhdləri sayəsində Özbəkistan hökumətinin maliyyəsi ilə bu bölgədə böyük məktəb inşasının həyata keçiriləcəyini bildirib:

“Hörmətli Mirziyoyevə təşəkkürümü bildirirəm, onun cəhdləri sayəsində Özbəkistan hökumətinin maliyyəsi ilə bu bölgədə böyük məktəb inşası həyata keçirəcəyik. Bu, dostluq və qardaşlığın nümunəsidir. Azərbaycan xalqı olaraq buna çox böyük önəm veririk”.

AzVision.az



Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti