Qarabağda məşğulluq planı hazırlanır

Qarabağda məşğulluq planı hazırlanır
  12 Noyabr 2021    Oxunub:1449
“Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır. Bu repatriasiya planının hazırlanması üçün işçi qrup var. Burada bütün seqmentlər nəzərə alınacaq”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin rəhbərliyi ilə yaradılan işçi qrup tərəfindən öz yurdlarına qayıdacaq insanlar üçün ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxılır:

“Biz də işçi qrupun üzvüyük. Həmçinin ağıllı kəndlərin daxilində smart DOST guşələrinin qurulması müzakirə edilir. Yəni sırf ev tikib, kimisə ora aparmağı düşünmürük. Onların məşğulluğu nəzərə alınacaq”.

AzVision.az



Teqlər: Böyük-qayıdış  





Xəbər lenti