Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılıb

   Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılıb
  13 Noyabr 2021    Oxunub:1215
Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadıldı.

AzVision.az “Resmi Gazete"yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanun layihəsini təsdiq edib.
Bundan əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu il yanvarın 30-da açılıb. Mərkəz Ağam rayonu ərazisində fəaliyyət göstərir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Monitorinq-Mərkəzi  





Xəbər lenti