Qanunsuz balıq ovlayan 20 nəfər saxlanıldı

Qanunsuz balıq ovlayan 20 nəfər saxlanıldı
  13 Noyabr 2021    Oxunub:1191
Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirələr davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və DSX-nin birgə yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.



Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılmış, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.







AzVision.az


Teqlər: Balıqovu  





Xəbər lenti