Belarus “İskəndər” raketləri almaq istəyir

   Belarus “İskəndər” raketləri almaq istəyir
  13 Noyabr 2021    Oxunub:1152
“Belarus Rusiyanın “İskəndər” raket sistemlərini almaqda maraqlıdır, onlara qərb və cənub istiqamətlərində ehtiyac var".
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Mənə qərbdə və cənubda bir neçə diviziya lazımdır, qoy orada dayansınlar. Bu, raketin uçuş məsafəsi 500 kilometrdir, bizim “Polonez” isə 300 kilometrə qədər məsafəni qət edir”, - Lukaşenko bildirib.

Bu ilin sentyabrda Minsk 2025-ci ilə qədər Rusiyadan alacağı dəyəri 1 milyard dollardan çox olan silahlarının siyahısını Moskva ilə razılaşdırıb.

Lukaşenkonun sözlərinə görə, söhbət onlarla təyyarə və helikopter, "Tor-M2" zenit-raket kompleksi, həmçinin "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Belarus  





Xəbər lenti