Ermənilər Kəlbəcəri atəşə tutub, atışma davam edir

   Ermənilər Kəlbəcəri atəşə tutub,  atışma davam edir
  13 Noyabr 2021    Oxunub:1380
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ordumuzun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür. Hazırda bu istiqamətdə atışma davam edir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AzVision.az


Teqlər: Ermənilər   Kəlbəcər  





Xəbər lenti