Səbinə Əliyeva Şuşa yaxınlığında törədilmiş təxribatı pisləyib

   Səbinə Əliyeva Şuşa yaxınlığında törədilmiş təxribatı pisləyib
  13 Noyabr 2021    Oxunub:1426
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Şuşa yaxınlığında törədilmiş təxribatı pisləyib.
AzVision.az Ombudsman Aparatının mətbuat xidmətinə istyinadən xəbər verir ki, ombudsman səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralandığına dair məlumatlar əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmaqla cinayət törətmiş terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb. Cəzasızlıq mühitindən bəhrələnərək qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən növbəti dəfə törədilmiş cinayət günahsız insanların qətlə yetirilməsinə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olmaqdadır. “İnsanların hüquq və azadlıqlarının və davamlı sülhün təmin olunmasına real təhlükə yaradan bu kimi əməlləri qətiyyətlə pisləyir, cinayətkarın törətdiyi əmələ müvafiq olaraq cəzalandırılmasını tələb edirik”, - ombudsman qeyd edib.

AzVision.az



Teqlər: Ombudsman   Təxribat  





Xəbər lenti