Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir

Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
  14 Noyabr 2021    Oxunub :252
Bolqarıstanda prezident və 47-ci Xalq Məclisinə seçkilər keçirilir.
AzVision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 07.00-da açılıb.

6,7 milyon aktiv səsvermə hüquqlu vətəndaşın olduğu ölkədə 13 mindən çox səsvermə məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, xaricdə yaşayan bolqarlar üçün 68 ölkədə 750 məntəqə açılıb. Epidemioloji vəziyyət ağır olduğu üçün Yeni Zelandiya səsvermənin təşkilinə icazə verməyib.

AzVision.az

Teqlər: Seçki  







Xəbər lenti