Niderlandda Nizamiyə həsr olunmuş kitab nəşr edilib

Niderlandda Nizamiyə həsr olunmuş kitab nəşr edilib
  14 Noyabr 2021    Oxunub :257
Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.
Bu barədə AzVision.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

AzVision.az

Teqlər: Nizami-Gəncəvi  







Xəbər lenti