Nazirlik Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Nazirlik Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
  14 Noyabr 2021    Oxunub:1111
Mədəniyyət Nazirliyi Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.
AzVision.az xəbər verir ki, nekroloqda deyilir:

"Əməkdar memar Rasim Əliyev vəfat edib.

Azərbaycanın tanınmış memarı və rəssamı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, Əməkdar memar Rasim Əliyev 2021-ci il noyabrın 13-də, 87 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildiririk ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Görkəmli memar Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!"

AzVision.az


Teqlər: RasimƏliyev  





Xəbər lenti