İranda iki dəfə zəlzələ olub, ölən və yaralılar var

 İranda iki dəfə zəlzələ olub,    ölən və yaralılar var
  15 Noyabr 2021    Oxunub :468
İranın cənubundakı Hörmüzqan əyalətində iki dəfə zəlzələ baş verib.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilk yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Zəlzələ 6,4 bal gücündə olub.
Bir dəqiqə sonra digər zəlzələ, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində qeydə alınıb. Zəlzələnin 6,3 bal gücündə, 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.
İran İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib ki, Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət 70 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Zəlzələ   İran  







Xəbər lenti