Alüminium zavodundan 20 minlik oğurluq edilib

Alüminium zavodundan 20 minlik oğurluq edilib
  15 Noyabr 2021    Oxunub :214
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.
DİN-dən AzVision.az - a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

AzVision.az

Teqlər:







Xəbər lenti