Trofimçuk: “Regiona Melkonyanın davamçıları gəlir”

   Trofimçuk: “Regiona Melkonyanın davamçıları gəlir”
  15 Noyabr 2021    Oxunub:817
“Melkonyanın (Qarabağda qadınları və uşaqları qətəl yetirən terrorçu Monte Melkonyan- red. ) davamçıları Amerikadan regiona gəlirlər”. Müharibədən bir il sonra Cənubi Qafqazdakı vəziyyəti təhlil edən rusiyalı analitik, “Avrasiyaçılıq ideyalarının emalatxanası” elmi tədqiqatlarının dəstəklənməsi Fondunun ekspertlər şurasının sədri Qriqori Trofimçuk öz “Facebook” səhifəsində belə yazıb.
AzVision.az xəbər verir ki, rusiyalı ekspert terrorçu bölgədə fəallığın gücləndiyini və azad olunmuş ərazilərdə belə atışmaların baş verdiyini qeyd edib.

- Ermənistanda hərbi revanşizmə çağırırlar , - Qriqori Trofimçuk vurğulayıb.

Trofimçuk da daxil olmaqla, bir sıra rusiyalı ekspertlər erməni terrorçu Norayr Mirzoyanın Şuşanın Daşaltı kəndi yaxınlığındakı aərbaycanlı hərbçilərin postuna qumbara atmasından sonra Qarabağ bölgəsində yeni silahlı təxribatların baş verə biləcəyini istisna etmirlər. Onların fikrincə, bu cəhdlərin əsas məqsədi rusiyalı sülhməramlıların fəaliyyətinə kölgə salmaqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Trofimçuk   Qarabağ  





Xəbər lenti