Azərbaycan XİN İrana başsağlığı verib

   Azərbaycan XİN İrana başsağlığı verib
  15 Noyabr 2021    Oxunub:635
Azərbaycanın Xarici İşlər Nazirliyi İranda baş vermiş zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.
AzVision.az - ın məlumatına görə, bu barədə XİN-in tvitter səhifəsində paylaşım edilib.

“İranın cənubunda baş verən güclü zəlzələlərlə bağlı xəbər bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına şəfa diləyirik".

Qeyd edək ki, ötən gün Hörmüzqan əyalətində baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, 99 nəfər yaralanıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Azərbaycan-XİN   İran  





Xəbər lenti