Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış

  Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış
  15 Noyabr 2021    Oxunub:1187
Bu gün Ermənistan prezidenti Aram Sarkisyanın fərmanı ilə müdafiə naziri postuna təyin olunmuş 35 yaşlı Suren Papikyanın şəxsi həyatı ilə bağlı maraqlı detallar açıqlanır. Hələ ötən il onun barəsində erməni cəmiyyətinə məlum olmayan faktlar təqdim edən “Hraparak” qəzeti Papikyanın əvvəllər həsdə yatdığını gizlətdiyini yazıb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, 2003-2010-cu illərdə İrəvan dövlət universitetində təhsil alanda ordu sıralarında xidmətə çağırılan Suren Papikyan xidmət zamanı törətdiyi cinayətə görə həbs cəzası alıb. Öz komandirini bıçaqlayan Papikyana qarşı cinayət işi açılıb və 2006-cı ilin martında o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Cəzasını “Nubaraşen” koloniyasında çəkən Suren Papikyan 2007-ci ilin fevralında amnistiya aktı əsasında azadlığa buraxılıb.

Yalnız “Hraparak” qəzetinin ifşaedici materiallarından sonra hərbi xidmət vaxtı soyuq silah işlətdiyini, insidentin baş verdiyini və həbsdə yatdığını etiraf edən Papikyan sonradan amnistiya nəticəsində buraxıldığını və baş verənə görə peşman olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Papikyan   həbs  





Xəbər lenti