İsrail “Sputnik V” peyvəndi olan turistlər üçün sərhədləri açır

   İsrail “Sputnik V” peyvəndi olan turistlər üçün sərhədləri açır
  15 Noyabr 2021    Oxunub:995
“Sputnik V” vaksini ilə peyvənd olunmuş turistlər müəyyən şərtlərlə, noyabrın 15-dən İsrailə səfər edə biləcəklər.
AzVision.az xəbər verir ki, turistlər peyvənd olunduqları və son 14 gündə İsrailin koronavirusla bağlı müəyyən etdiyi “qırmızı” ölkədə olmadıqları halda ölkəyə daxil ola biləcəklər. Bununla belə, “Sputnik V” vaksini ilə peyvənd olunanlar seroloji testin nəticələrini alana qədər karantində qalmalıdırlar.

Qeyd edək ki, noyabrın 1-də İsrail Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi vaksinlərlə peyvənd olunmuş turistlər üçün sərhədlərini açıb.Təsdiqlənmiş siyahıya Moderna, Pfizer, Johnson & Johnson - Janssen, AstraZeneca, Covishield, Sinopharm, Sinovac daxildir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İsrail   Peyvənd  





Xəbər lenti