Bakıda avtomobildə silah-sursat aşkarlanıb - FOTO

Bakıda avtomobildə silah-sursat aşkarlanıb -    FOTO
  16 Noyabr 2021    Oxunub :254
Paytaxtda hərəkətdə olan avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Chevrolet Aveo" markalı avtomobil saxlanılıb.



Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AzVision.az

Teqlər: DİN   Silah  







Xəbər lenti