Qanunsuz süxur daşıyanlar cəzalandırılıb

Qanunsuz süxur daşıyanlar cəzalandırılıb
  16 Noyabr 2021    Oxunub :205
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Salyan rayonunda 42-BO-903, Lənkəran rayonunda isə 42-BR-284 və 42-CE-650 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşınları ilə qanunsuz süxur daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AzVision.az -a bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 24 kubmetr həcmində süxurun daşındığı məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az

Teqlər:







Xəbər lenti